Bakı Şəhər Halqası “Gənclər günü” münasibətilə forum keçirdi

ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “2 fevral - Gənclər günü” münasibətilə Hokümət evinin qarşısında yerləşən Paddok binasında “Öz karyeranı qur!” mövzusunda forum təşkil etdi.
Forumda gənclər və idman naziri Azad Rəhimov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, təhsil nazirinin müavini Firuddin Qurbanov, BP Azərbaycan şirkətinin İnsan Resursları üzrə vitse-prezidenti Leyla Novruzova və Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin sədri, millət vəkili Fuad Muradov natiq qismində iştirak etdilər.
Natiqlər foruma qatılan 2018 Formula 1 Azərbaycan Qran Prisinin könüllülərinə öz gənclik illərinə dair həyat təcrübələrindən danışdılar və həmçinin karyera quruculuğu ilə əlaqədar zəruri tövsiyələr verdilər.
