Karateçilərimiz A seriyasında
ESTAFET/ Böyüklərdən ibarət milli komandanın ikinci heyətinin 6 üzvü 8-12 fevral tarixlərində İspaniyanın Qvadalaxara şəhərində nüfuzlu turnirdə iştirak edəcək.
Milli komandanın məşqçisi Qurban Tağıyevin rəhbərlik etdiyi heyətdə Elcan Məmmədrzayev (60 kq), Rafiz Həsənov (67 kq), Samir Məmmədov və Novruz Əliyev (hər ikisi 75 kq), Pənah Abdullayev (84 kq) və Fidan Teymurova (50 kq) var.
İspaniyada bu A seriyası yarışı Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə nəzərdə tutduğu 4 analoji turnirdən birincisidir. Milli komandanın əsas heyəti isə gələn həftəsonu Dubayda daha nüfuzlu Karate 1 Premyer Liqa turnirinə hazırlıqları davam etdirir.