Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
7 yaşlı şahmatçımız Rusiyada çempion oldu -
7 yaşlı şahmatçımız Rusiyada çempion oldu

ESTAFET/ Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən ənənəvi "MOSCOW OPEN" şahmat turnirinin H qrupunda dünən sonuncu turun oyunları keçirilib. H qrupunun 13 yaşadək qızların yarışında azərbaycanlı şahmatçı Züleyxa Həsənzadə 20-ci, 13 yaşadək oğlanların yarışında Kanlı Alperen 6-cı, 11 yaşadək qızların yarışında Şükürova Aydan 17-ci, 11 yaşlı oğlanların yarışında Vəliyev Şahin 18-ci, Muxtarov Raul isə 40-cı yerlərlə kifayətləniblər.

 

9 yaşadək oğlanların yarışında Məmmədov Ziya 24-cü oldu. Bu yaş qrupunda çıxış edən 7 yaşlı şahmatçımız Cahandar Azadəliyev isə 8 xalla mötəbər yarışın qalibi oldu.  

Müəllif: Natiq NƏSİROV