Yığma komandalarımız təlim-məşq proseslərini davam etdirirlər

ESTAFET/ Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn beynəlxalq turnirlərə və Avropa çempionatına hazırlıqları davam etdirir.

 

Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirən yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandaların toplanışı fevralın 5-dən başlayıb və 20-dək davam edəcək. Sərbəst güləşçilərimizlə birgə təlim-məşq toplanışında Türkmənistan yığma komandasının üzvləri də iştirak edir.

 

Qadın güləşçilər isə, məşqlərini Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir. Fevralın 10-dan Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 22-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcək.

 

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların üzvləri təlim-məşq toplanışı başa çatdıqdan sonra 23-25 fevral 2018-ci il tarixdə Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin görkəmli məşqçi və idmançılarının xatirəsinə həsr olunan 22-ci beynəlxalq turnirdə qüvvələrini sınayacaq.  

Müəllif: Natiq NƏSİROV