Roman Qrojan yeni şlemini təqdim edib

ESTAFET/ Formula 1 komandalarından olan "Haas"ın pilotu Roman Qrojan 2018-ci il mövsümündə istifadə edəcəyi şlemin dizaynını təqdim edib.
Bu dəfə Qrojan təqdimatını ənənəvi olmayan üsulla edib. O, sosial şəbəkələrdə şlemin müxtəlif rakurslarda görünüşünü özündə əks etdirən qısa videorolik paylaşıb.
Şlemin dizayn edilməsi işi fransız dizayner Adrien Pavyeyə həvalə edilmişdi. Bülə gözəl iş yaratdığına görə, Qrojan ona xüsusi təşəkkürlərini çatdırıb.
