"Sauber" yeni bolidini Barselonada trasa çıxarıb

ESTAFET/ Formula 1 komandalarından olan "Sauber" komandası yeni bolidi C37-ni reklam çəkilişləri çərçivəsində Barselonada trasa çıxarıb.

 

Xatırladaq ki, İsveçrə komandası yeni bolidini dünən təqdim etsə də, ilk dəfə bu gün trasa çıxarıb. Yeni bolidin gün ərzində 100 kilometr məsafə qət etməsi gözlənilir. Qaydalara əsasən, boliddə Pirelli-nin şou təkərləri olur. Beləliklə, Sauber komandası ilk dəfə Ferrari-nin 2018-ci il mühərrikini və ötürmələr qutusunu sınayıb. 

Müəllif: Natiq NƏSİROV