BAKU-2016: KOMANDALARLA GÖRÜŞ KEÇİRİLDİ

Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mötəbər yarışın keçiriləcəyi Bakı Kristal Zalında olub. Arenada yaradılan şəraitlə tanış olan rəsmilər kompleksin 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazır olduğunu bildirib.

 

Sonra Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan yığmalarıyla görüş keçirilib.

 

Qeyd edək ki, Azərbaycan olimpiadada həm kişilər, həm də qadınların yarışında 3 komandayla təmsil olunur.