Şəhriyardan uğurlu start

ESTAFET/ Xəbər verdiyimiz kimi, artıq bu gündən Berlində (Almaniya) şahmat tacına iddialıların turnirinə start verilib. Şahmat dünyasının ən maraqlı turnirində Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edir.
Bu gün turnirdə ilk turun oyunları keçirilib və olduqca məhsuldar tur alınıb. Şəhriyar turnirə uğurlu start verməyi bacarıb. Belə ki, o qara fiqurlarla rus şahmatçı Sergey Karyakini mat edib.
İlk turda Vladimir Kramnik və Fabiano Karuana da aktivinə 1 xal yazdırmağı bacarıb.
Turun bütün nəticələri:
Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0:1
Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) 1:0
Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) 1:0
Sabah Şəhriyar ağ fiqurlarla erməni Levon Aronyanla qarşılaşacaq.
