Məmmədyarovdan ikinci heç-heçə: İddialıların Turniri - III tur
ESTAFET/ Berlində davam edən şahmat üzrə nüfuzlu İddiaçıların Turniri bu gün keçirilən 3-cü tur oyunları ilə davam edib. Turnirdəki təmsilçimiz Şəhriyar Məmmədyarov bu tur qara fiqurlarla amerikalı Fabiano Karuana ilə üz-üzə gəlib.
6 saat davam edən qarşılaşmanın yekununda tərəflərdən heç biri üstünlük qazana bilməyib və görüş bərabərliklə yekunlaşıb.
Bu bərabərlik rusiyalı keçmiş Dünya çempionu Vladimir Kramnikin işinə yarayıb. Belə ki, o qara fiqurlarla erməni Levon Aronyanı məğlub edib və turnir cədvəlinin vahid liderinə çevrilib. Şəhriyar isə Karuana ilə birlikdə sonrakı iki pilləni bölüşdürür.
Sabah turnirdə ilk istirahət günüdür. İstirahətdən sonra şahmatçımız digər amerikalı Uesli So ilə qarşılaşacaq.
İddialıların turniri
III tur
Fabiano Karuana (2784, ABŞ) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - 0,5:0,5
Uesli So (2799, ABŞ) - Liren Ding (2769, Çin) - 0,5:0,5
Levon Aronyan (2794, Ermənistan) – Vladimir Kramnik (2800, Rusiya) - 0:1
Sergey Karyakin (2763, Rusiya) - Aleksandr Qrişuk (2767, Rusiya) - 0,5:0,5
Turnir cədvəli: 1. Kramnik - 2,5 xal, 2-3. Məmmədyarov, Karuana - 2 xal, 4-5. Liren Ding, Qrişuk - 1,5 xal, 6-7. Aronyan, Karyakin - 1 xal, 8. So – 0,5 xal