"Rəqabət yüksək olacaq": Yuliya İnşina

ESTAFET/ "Bakıda keçiriləcək idman gimnastikası üzrə FIG Dünya Kubokunda rəqabət kifayət qədər yüksək olacaq". Bu sözləri Azərbaycan gimnastı Yuliya İnşina deyib.
Gimnast bildirib ki, o, məşqlərə yeni başlaylb və hələ ki, yaxşı formada deyil: “Mən təzəlikcə məşqlərə başlamışam. Bundan başqa, belimdə ağrılar məni narahat edir. Ümid edirəm ki, yaxın zamanlarda lazımı səviyyəyə çatacağam və qalan bir ay ərzində proqramımı inkişaf etdirəcəyəm”.
Qeyd edək ki, 15-18 mart tarixlərində Bakı idman gimnastikası üzrə 3-cü FIG Dünya Kubokunu qəbul edəcək.
