Şəhriyardan Kramnik üzərində möhtəşəm qələbə - İddialıların turniri

ESTAFET/ Berlində (Almaniya) keçirilən şahmat üzrə nüfuzlu İddialıların turniri davam edir. Bu gün turnirdə 6-cı turun oyunları keçiriləcək.

 

Turnirdəki təmsilçimiz Şəhriyar Məmmədyarov bu gün ağ fiqurlarla rusiyalı keçmiş Dünya çempionu Vladimir Kramniklə qarşılaşacaq. 

 

Ardıcıl 4 heç-heçədən sonra bu gün Şəhriyarın qələbə qazanması istirahətdən öncə ona sonrakı mərhələ üçün əlavə üstünlük qazandıracaq. 

 

İddiaçılar turniri

VI tur

16 mart 2018

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Vladimir Kramnik (2800, Rusiya)  1:0

Fabiano Karuana (2784, ABŞ) - Aleksandr Qrişuk (2767, Rusiya)  0,5:0,5

Uesli So (2799, ABŞ) - Levon Aronyan (2794, Ermənistan)  1:0

Liren Dinq (2769, Çin) - Sergey Karyakin (2763, Rusiya)  0,5:0,5

 

Turnir cədvəli:

1-2. Karuana, Məmmədyarov - 4 xal, 3-5. Kramnik, Liren Dinq, Qrişuk - 3 xal, 6-7. Aronyan, So - 2,5 xal, 8. Karyakin - 2 xal

Müəllif: Natiq NƏSİROV