Millimiz 3-cü görüşünü qələbə ilə başa vurdu

ESTAFET/ Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında sayca 25-ci olan ənənəvi Novruz kuboku turniri davam edir. Turnirə qatılan 20 yaşadək basketbolçulardan ibarət millimiz özünün 3-cü görüşünü keçirib.
Rəqib yerli “Politexnik” komandası olub. Tahir Baxşiyevin yetirmələri rəqiblərini 104:80 hesabı ilə məğlub ediblər.
Xatırladaq ki, turnirin ilk oyununda basketbolçularımız ilk görüşdə Özbəkistan “Spartak”ına 82:70 hesabı ilə qalib gəlmişdilər. Millimiz ikinci görüşdə isə özbək basketbolçularına qarşı oynayıb. Lakin bu dəfə 70vinən tərəf Daşkəndin SK MO RU komandası olub - 70:79
Millimiz martın 20-də Bişkekin “Gines 29” komandası ilə gücünü yoxlayacaq. Basketbolçularımız Novruz kubokuna qırğızların digər klubu “Tulpar Skif”lə yekun vuracaq. Bu oyun isə martın 21-nə təsadüf edəcək.
