Badmintonçularımız beynəlxalq turnirin həlledici mərhələsində

ESTAFET/ Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən beynəlxalq "VICTOR Croatian International 2018" turnirinin əsas mərhələsinə vəsiqə qazanıblar.

 

Ezmi kişilərin şəxsi mübarizəsində təsnifat mərhələsi çərçivəsində keçirdiyi ilk görüşdə avstriyalı Mixael Şausbergerə 2:0 (21-11, 21-15) hesabı ilə qalib gəlib.İkinci görüşdə polşalı Alan Ostrovskini kortdan məğlub yola salan (21-18,21-16) badmintoçumuz əsas mərhələyə yüksəlmək uğrunda Danimarka təmsilçisi ilə qarşılaşıb. Danimarkalı Yakob Steyc üzərində 2:0 (21-13,21-15) hesablı qələbə Ezmiyə əsas mərhələyə vəsiqə qazandırıb.

 

Digər badmintonçumuz Ade Reski Dviçayo da Zaqrebdə keçirilən turnirin həlledici mərhələsinə vəsiqə qazanıb. Püşkatmaya əsasən ilk mərhələdn azad olan təmsilçimiz birinci görüşündə xorvatiyalı Yosip Uqlesiçə 2:0 (21-15,21-13) hesabı ilə qalib gəlib.Dviçayo təsnifat mərhələsi çərçivəsində keçirdiyi son oyunda Danimarka təmsilçisi Patrik Abildqaardla qarşılaşıb. 3 set davam edən görüş badmintonçumuzun 2:1 (18-21,21-17,21-19) hesablı qələbəsi ilə başa çatıb.

 

Badmintoçularımızdan Murad Bayramov isə ilk görüşündə isveçli isveçli Leo Voksberqlə qarşılaşıb. Görüş bamdintonçumuzun 0:2 (11-21, 7-21) hesablı məğlubiyyəti ilə başa çatıb. 

Müəllif: Natiq NƏSİROV