Federasiyada seçkilərlə əlaqədar görüş keçirildi
ESTAFET/ Aprelin 3-də Azərbaycan Taekvondo Federasiyasında ölkəmizdə 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib.
Federasiya rəhbərliyi və məşqçi-müəllimər, eləcə də idmançıların iştirak etdiyi tədbirdə çıxış edən vitse-prezidentlər Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədov respublikamızda bütün sahələrdə olduğu kimi idman sahəsində də aparılan islahatlardan danışıb, Prezident İlham Əliyev tərəfindən idmana və idmançılara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. N.Səfərov vurğulayıb ki, dövlətimizin başçısının idmanın inkişafı, cəmiyyətdə idmançıların nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət idmançılar tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkəmizdə keçirilən tədbirlər buna bariz nümunədir. Vitse-prezident taekvondoçuların da qarşıdakı prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib. Çıxış edən idmançılardan Dünya və Avropa çempionları, Olimpiya mükafatçıları da Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və seçkilərdə çənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.