2026-cı ildə "ağ olimpiada" arzusunda olan ölkələr
ESTAFET/ 2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi arzusunu rəsmi təsdiqləyən yerli olimpiya komitələrinin siyahısı açıqlanıb.
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytının məlumatına görə, "ağ olimpiada"nın təşkili üçün 7 ölkə quruma rəsmi müraciət ünvanlayıb.
Avstriya (Qrats), Kanada (Kalqari), Yaponiya (Sapporo), İsveç (Stokholm), İsveçrə (Syon), Türkiyə (Ərzurum) və İtaliya (Milan, Turin və ya Kortina-dAmpetso) olimpiada keçirmək istəyir.
2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər IOC-un 2019-cu ilin sentyabrında keçiriləcək sessiyasında seçiləcək.