Cüdoçumuzdan Almaniyada qızıl medal
ESTAFET/ Almaniyanın paytaxtı Berlin şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. Beynəlxalq turnirin son günü Azərbaycan milli komandası üçün uğurlu olub.
Cüdoçularımız Avropa kubokunda daha 2 medal qazanıblar. 90 kq çəki dərəcəsində yarışan Yaqub İsmayılzadə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. +90 kq çəki dərəcəsində yarışan Toğrul Salmanov Berlində bürünc medala layiq görülüb.
Qeyd edək ki, Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verir.