Salahdan Premyer Liqa rekordu

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gəlib. Britaniya mətbuatının məlumatına görə, “Liverpul”un oyunçusu Məhəmməd Salah mükafatı qazanıb.

 

Misirli futbolçu cari mövsüm ərzində üçüncü dəfə “ayın oyunçusu” seçilib. Premyer Liqa tarixində daha öncə bir mövsümdə üç dəfə sözügedən mükafatı qazanan başqa bir futbolçu olmayıb.

 

Qeyd edək ki, Salah mart ayında meydana çıxdığı 4 Premyer Liqa matçında rəqib qapılarına 6 dəfə yol tapıb. 

 

Mənbə: APASport

Müəllif: Orxan NOVRUZOV