QAYAYADIRMANMA ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLƏCƏK

3-4 oktyabr 2015-ci il tarixlərində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən “Beşbarmaq” dağında qayayadırmanma üzrə açıq respublika çempionatı start götürəcəkdir.

Yarış kişilər və qadınlar arasında üç mərhələdə (təsnifat, yarımfinal və final) keçiriləcəkdir.

Çempionatda iştirak etmək üçün 01 oktyabr 2015-ci il tarixinədək Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasında qeydiyyatdan keçərək tibbi arayış təqdim etmək tələb olunur. Əlavə məlumat üçün: 012-424-29-81