16 yaşlı idmançı faciəvi şəkildə dünyasını dəyişdi

ESTAFET/ Dırmanma idmanı üzrə gənc istedadlardan hesab olunan Lüs Duadi dünyasını dəyişib. Fransa Dağa Dırmanma Federasiyasının (FFME) saytında verilən xəbərə görə, Duadi Alp dağlarında 150 metrlik qayalıqdan yıxalaraq vəfat edib. FFME-nin açıqlamasında qeyd olunub:

"Lüs Fransa yığmasının gənc və perspektivli atletlərindən biri idi. O, dırmanmanın bütün növlərini sevirdi. Dırmanma icması adından kədərimizi bölüşür, Lüsün ailəsinə və sevənlərinə başsağlığı veririk".

Duadi 2019-cu ildə İtaliyada keçirilən gənclərin boulderinq üzrə dünya birinciliyində qalib adını qazanmışdı. 16 yaşlı idmançı elə həmin il baş tutmuş böyüklərin dünya çempionatında isə beşinci olmuşdu.

Qeyd edək ki, dırmanma idman növü Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. (fanat.az)

Müəllif: Orxan NOVRUZOV