Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə idman dırmanması yarışı keçirilib

Martın 4-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə “İdman həftəsi” çərçivəsində 4 uşaq evinin iştirak etdiyi idman dırmanması yarışı keçirilib.
Azərbaycan Alpinizm Federasiyasının İdman dırmanma zalında keçirilən yarışın hakimləri
Federasiyanın idmançılarından ibarət hakimlər qrupu olub.
Əyləncəli idman dırmanması yarışında oğlanlar arasında I yeri 2 saylı uşaq evi (Bakı), II yeri 1 saylı uşaq evi (Bakı), III yeri Gəncə şəhər uşaq evi tutub.
Qızlar arasında isə 1 saylı uşaq evi (Bakı) birinci, 2 saylı uşaq evi (Bakı) ikinci, Gəncə şəhər uşaq evi üçüncü olub.
Yarışın sonunda qaliblər mükafatlandırılıb.
