Badmintonçularımız beynəlxalq turnirdə çıxışlarını başa vurdular

ESTAFET/ Badmintonçularımız İndoneziyanın Semaranq şəhərində keçirilən "USM Indonesia International Series 2018" turnirində çıxışını başa vurub.

 

Şəxsi yarışda Ezmi Qovimuramadhoni 1/16 finalda indoneziyalı idmançı Məhəmməd Bayu Pangiszuya 0:2 (18-21,10-21) hesabı ilə uduzub.

 

Təmsilçilərimizin qoşa yarışlarda da rəqibi indoneziyalı badmintonçular olub. Ezmi Qovimuramadhoni - Edi Reski Dviçayo cütü 1/16 finalda Rian Svastedian - Amri Syahnavi tandeminə 0:2 (15-21, 14-21) hesabı ilə məğlub olub. 

Müəllif: Orxan NOVRUZOV