Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurdular
ESTAFET/ Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı başa çatıb. Beynəlxalq turnirin son günü 81 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev yığmamıza bürünc medal qazandırıb.
Beləliklə gənc cüdoçularımız Avropa kuboku yarışını 7 medalla başa vurublar. Turnirin ilk günü Rövşən Əliyev (55 kq) qızıl, Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Gültac Məmmədəliyeva bürünc medala layiq görülüb. Qeyd edək ki, Avropa kuboku yarışında qitənin 17 ölkəsindən 259 cüdoçu mübarizə aparıb.