US OPEN: FİNALDA PLİSKOVA VƏ KERBER QARŞILAŞACAQ

ESTAFET/ ABŞ-da "Böyük Dəbilqə" seriyasından olan tennis üzrə "US Open" superturnirində qadınlar arasında finalçılar müəyyənləşib. İlk yarımfinal qarşılaşmasənda dünyanın 1 nömrəli raketka ustası amerikalı Serena Uilyams çex Karolina Pliskova ilə bacarmayıb. 1 saat 29 dəqiqə boyunca araqlı keçən 2 setin ardından finala çıxan tərəf Pliskova olub - 6:2, 7:6.
Digər yarımfinal görüşündə alman Anjelika Kerber danimarkalı Karolina Voznyatskini 2-0 (6:4, 6:3) hesablı setlərlə məğlub edərək adını finala yazdırıb.
