Gimnastımız Avropa çempionu oldu

ESTAFET/ Xəbər verdiyimiz kimi, Bakıda yerləşən Milli Gimnastika Arenasında batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı davam edir. Çempionatın bu günkü yarışlarında Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb.

 

Tamblinq yarışında 77,400 bal toplayan idmançımız bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adını qazanıb. 

 

Danimarkalı Adam Mathiesen və rus Vadim Afanasyev müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. 

Müəllif: Orxan NOVRUZOV