Kikboksinq Federasiyasında daha bir təyinat olub

ESTAFET/ Bu barədə məlumat Azərbaycan Kikboksinq Federasiyasının rəsmi saytında federasiyanın prezidenti, millət vəkili Adil Əliyevə istinadən yerləşdirilib. 

 

Millət vəkili sıralarının hər gün artdığını qeyd edərək,federasiyada yeni vitse-prezidentin təyin olunduğunu söyləyib.

 

"Sıralarımız genişlənir. "Euro Fight" Klubunun direktoru, fəal ictimaiyyətçi Aydın Əhmədov Azərbaycan Kikboksinq Federasiyasında peşəkarlar üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Bundan sonra da federasiyamız fəaliyyətini gücləndirilməsi istiqamətində belə təyinatlar olacaq. Əsas məqsəd cəmiyyətdə idmana olana marağı artırmaqdır” - deyə Adil Əliyev vurğulayıb. 

Müəllif: Natiq NƏSİROV