Formula 1 sürücüləri xeyriyyə matçında oynayacaqlar
ESTAFET/ Mayın 22-də Monakonun "II Lui" stadionunda ənənəvi xeyriyyə matçı keçiriləcək. Formula 1-in keçmiş və hazırkı sürücülərindən təşkil olunmuş "World Stars" və "Nazionale Piloti" komandaları bu dəfə bacarıqlarını futbol meydançasında göstərəcəklər.
Sürücülərin yığmasında Daniel Rikkardo, Maks Ferstappen, Sebastyen Fettel, Niko Hyulkenberq, Fernando Alonso, Serxio Peres, Karlos Sayns, Valtteri Bottas, Markus Erikson, Robert Kubiça, Felipe Massa, Stoffel Vandorn, Şarl Lekler, Esteban Okon, Daniil Kvyat və Cankarlo Fizikella yer alıb.
Onların rəqibi olacaq "ulduzlar yığması"nda isə italiyalı motosikletçi Maks Byaci, "Le Manın 24 saatı"nın doqquzqat qalibi Tom Kristensen, keçmiş velosipedçi Klaudio Kiappuççi, Monako şahzadəsi II Albert və başqaları olacaq.