Yeniyetmə badmintonçularımız Ukraynada 3-cü oldu

ESTAFET/ Yeniyetmə badmintonçularımız Ukraynanın Xarkov şəhərində keçirilən Sergey Kosençukun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak ediblər.

 

Badmintonçularımızdan Məhəmmədəli Bayramlı - Sərxan Bağırov cütü 2007-2008 təvəllüdlü idmançıların qoşa yarışlarında 3-cü yer tutub. Tuncay İsmayılov - İlfat Akçurin cütü isə 2005-2006 təvəllüdlü badmintonçular arasında 5-ci yer tutub. İlfat Akçurin oğlanların şəxsi yarışında da mübarizəni eyni sırada tamamlayıb. Qarışıq növdə Tuncay ismayılov və Nərmin Şərifova 5-ci olub. 

Müəllif: Natiq NƏSİROV