Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Sumqayıt cüdoçuları Şirvan şəhərində qalib oldu -
Sumqayıt cüdoçuları Şirvan şəhərində qalib oldu

ESTAFET/ Şirvan şəhərində cüdo üzrə regionlar arası “Federasiya kuboku” uğrunda komanda yarışları keçirilib. Turnir U-15 yeniyetmə cüdoçular arasında təşkil olunub.

 

Yarışda respublikamızın müxtəlif bölgələrindən olan perespektivli cüdoçular mübarizə aparıblar. Daha yaxşı nəticə göstərən “Sumqayıt-1" komandası “Federasiya kuboku” turnirinin növbəti mərhələsinin qalibi olub. “Bakı-3” klubu 2-ci, “Şimal Qərb" komandası isə 3-cü yeri tutub. Regionlar arası “Federasiya kuboku” uğrunda komanda yarışlarının növbəti mərhələsi aprelin 28-də Xaçmaz rayonunda keçiriləcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV