Federasiya rəhbərliyi idmançılarla görüşüb
ESTAFET/ Bu gün Avropa Çempionatı qabağı Şəki OİK-də Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi idmançılarla görüşüb. Onlara yarış qabağı uğurlar arzu ediblər. Görüşdə Federasiyanın vitse-prezidenti Rəhman Hətəmov, baş katibi MirHəsən Seyidov, idarə heyətinin üzvləri Fizuli Musayev və Oqtay Məmmədov iştirak ediblər.
Həmçinin hakimlər komitəsinin sədri Cahangir Babayev tərəfindən yarış qaydalarında edilmiş dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminar, idmançıların yarışlarda çıxışlarından hazırlanmış xüsusi analitik məşğələlər də keçirildi.