Mariya finalda, Səbirə və Tatyana bürünc uğrunda güləşəcək

ESTAFET/ Rusiya Federasiyasının Kaspiysk şəhərində (Dağıstan) güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

 

Üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub.

 

Komandamızın lideri Mariya Stadnik (50 kq) Almaniya və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Digər güləşçimiz Səbirə Əliyeva (76 kq) isə Macarıstan təmsilçisini məğlub edib və yarımfinala vəsiqə qazanıb.

 

Mariya Stadnik yarımfinal görüşündə də vaxtından əvvəl qələbə qazanmaqla adını finala yazdırıb. Həlledici görüşdə güləşçimizin rəqibi Rumıniya idmançısı olacaq.

 

Səbirə Əliyeva isə yarımfinalda Rusiya idmançısına uduzub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq.

 

59 kq çəkidə yarışan Tatyana Omelçenko da bürünc medal görüşünə çıxacaq, onun rəqibi isə Belarus idmançısı olacaq.

 

Final görüşləri sabah Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

50 kq
FİNAL - Emilia Vuc (ROU) - Mariya Stadnik
1/2 final - Mariya Stadnik - Kseniya Stankeviç (BLR) 10:0
1/4 final - Mariya Stadnik - Milana Dadaşeva (RUS) 10:0
1/8 final - Mariya Stadnik - J.Şellin (GER) 10:0

 

55 kq
1/4 final - Bediha Gün (TUR) - Solmaz Həşimzadə 4:0

 

59 kq
3-cü yer üçün: Tatyana Omelçenko - Katsiaryna Yanuşkeviç (BLR)
1/4 final - M.Hristova (BUL) - Tatyana Omelçenko 8:3

 

68 kq
1/8 final - Buse Tosun (TUR) - İrina Netreba 8:5

 

76 kq
3-cü yer üçün: İrina Pasiçnyk (UKR) - Səbirə Əliyeva
1/2 final - Səbirə Əliyeva - Yekaterina Bukina (RUS) 0:10
1/4 final - Z.Nemeth (HUN) - Səbirə Əliyeva 6:9 

Müəllif: Natiq NƏSİROV