DOPİNQ QALMAQALI: REAKSİYALAR GECİKMİR - UKAD

ESTAFET/ Xəbər verdiyimiz kimi rus xaker qrupu "Fancy Bear" Beynəlxalq Antidopinq Agentliyinin məlumat bazasına girərək şox mühüm sənədlər ələ keçiriblər və mütəmadi olaraq açıqlayırlar. Bir çox qərb mətbuatı və idman funksionerləri bunu Rusiyanın başladığı müharibə kimi qələmə verirlər.

 

Böyük Britaniya Antidopinq Agentliyinin (UKAD) reaksiyası da gecikməyib. UKAD-ın İcraçı direktoru Nikol Sapstid özlərini sığortalamaq məqsədi ilə bildirib ki, qadağan olunmuş preparatlardan istifadə edən idmançıların növbəti ehtimal olunan siyahısında daha 53 britaniyalı idmançının adı ola bilər. Belə ki, Rio-2016 Oyunlarında iştirak edən 53 Böyük Britaniya təmsilçisinə bu preparatlardan istifadəyə icazə verilib.

 

"Mən çox narahatam və təəccüb içindəyəm. Bu cür hərəkətlə sadəcə barışa bilmirəm. İdmançıların sağlamlıqları haqqında şəxsi məlumatların və onların istifadə etdiyi maddələrin siyahısının bu formada açıqlanmasını məqəsəduyğun hesab etmirəm" - deyə Sapstid bildirib.

 

Qeyd edək ki, rus xaker qrupu "Fancy Bear" tərəfindən indiyədək açıqlanan siyahıda 5 britaniyalı idmançının adı var.