DOPİNQ QALMAQALI: USADA ÇAĞIRIŞ ETDİ

ESTAFET/  Xəbər verdiyimiz kimi, "Fancy Bear" rus xaker qrupu Beynəlxalq Anti-dopinq Agentliyinin məlumat bazasının dağıdaraq bir çox sənədləri və siyahıları ələ keçirərək mətbuata açıqlayıb. Hal-hazırda dünya idman ictimaiyyətinin ən çox müzakirə etdiyi bu məsələyə ABŞ Anti-dopinq Agentliyi də biganə qalmayıb və çağırış edib.

 

"Xakerlərin qanunsuz yollarla məxfi məlumatları ələ keçirib idmançıları ləkəlməsi, guya onların nəyisə düzgün etmədikləri təəsüratı yaratması Olimpiya hərəkatında qəbuledilməzdi. Bu belə deyil. Əslində isə, qeyd olunan hallarda idmançı tibbi icazənin alınması haqda beynəlxalq qaydalara riayət edib. Müvafiq Beynəlxalq federasiyalar Beynəlxalq Olimpiya Komitəsi və USADA tərəfindən təsdiqlənmiş icazələr təqdim ediblər. Bu cür kiberxuliqanlıq günahsız idmançılara qarşı münasibətdə qorxaqlıq və alçaqlıqdır. Beynəlxalq ictimaiyyətin təmiz idmana və idmançıların hüquqlarına edilmiş kiberhücumun qınanılması üçün birləşməli olduğu məqam yetişib" - deyə ABŞ Anti-dopinq Agentliyinin (USADA) rəhbəri Trevis Tayqert çağırış edib.

 

Bundan öncə Böyük Britaniya Anti-dopinq Agentliyinin (UKAD) İcraçı Direktoru Nikol Sapstid məsələyə münasibət bildirmişdi.