"Fənərbaxça" finalda rəqibini gözləyir: Euroleague

ESTAFET/ Kişi basketbolçular arasında Avropanın ən nüfuzlu klub turniri olan Avroliqada “Dördlər finalı”na start verilib. Finalçıların müəyyənləşəciyi hər iki oyun bu gün keçiriləcək.
Günün ilk qarşılaşmasında son çempion “Fənərbaxça” “Jalgiris”i sınağa çəkib. Oyun turnirin son çempionunun 76:67 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunu Bakı vaxtı ilə saat 23:00-da oynanılacaq. Moskva ÇSKA-sı Madrid “Real” ilə qarşılaşacaq.
Avroliqa, 2017/18 mövsümü
Dördlər finalı
“Fənərbaxça (Türkiyə) – “Jalgiris” (Litva) 76:67
23:00. MOİK (Rusiya) – “Real” (İspaniya)
“Dördlər finalı”nın qarşılaşmaları Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən “Kombank Arena”da keçirilir.
