Millimizin heyəti müəyyənləşdi

ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev Qızıl Avropa Liqasında güvənəcəyi heyəti müəyyənləşdirib. Heyətdə 14 voleybolçu yer alıb. 

 

Təcrübəli mütəxəssis bəzi oyunçulara klublarında ağır mövsüm keçirmələri səbəbindən istirahət verib. O, Ukrayna, Bolqarıstan və Portuqaliya ilə görüşlərdə əsasən gənclərə şans verəcək. Qarayev Sloveniyada təlim-məşqdə olmuş heyətlə müqayisədə cəmi 1 dəyişiklik edib. Anastasiya Bessonovanın əvəzinə Kristina Yaqubova komandaya cəlb olunub.

 

Toppaylayıcılar: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova;

Blokçular: 15. Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova;

Hücumçular: 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova;

Liberolar: 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

Xatırladaq ki, yığmamız Qızıl Avropa Liqasının ilk oyununa sabah çıxacaq. Rəqibimiz Ukrayna voleybolçuları olacaqlar. 

Müəllif: Bəhruz MƏMMƏDOV