FORMULA-1: SİNQAPUR QRAN PRİSİ

ESTAFET/ Sentyabrın 16-18 tarixlərində Formula-1 yarışlarında mövsümün növbəti yürüşü Sinqapurda baş tutdu.
FORMULA-1: SINGAPORE AIRLINES SINGAPORE GRAND PRIX 2016 |
||||
Tarix |
Trass |
Dövrə uzunluğu |
Dövrə sayı |
Məsafə |
16-18.09.2016 |
Sinqapur |
5065 m |
61 |
308.828 km |
TUTQUN, QURU. HAVA +30 C, TRASS +35...34 C |
Alman pilot Niko Rosberq (Mercedes AMG F1) bu mərhələni də qələbə ilə başa vurmaqla, çempionluq yarışında önəmli xallar qazanaraq liderliyi ələ keçirdi. Mərhələni "Red Bull Racing"in avstraliyalı pilotu Daniel Rikkardo ikinci, Mercedesin digər üzvü Lyuis Xemilton (B.Britaniya) isə üçüncü sırada bitirib.
Yürüşün ən yaxşı dövrəsi Rikkardonun 1:47.187 dəqiqəlik vaxtla başa vurduğu 49-cu dövrə olub.
Sinqapur Qran-Prisindəki mübarizədən sonra sıralamalardakı ilk "beşlik"lər aşağıdakı kimidir:
Şəxsi birincilik
1. Niko Rosberq (Mercedes AMG F1) - 273
2. Lyuis Xamilton (Mercedes AMG F1) - 265
3. Daniel Rikkardo (Red Bull Racing) - 179
4. Sebastyen Fettel (Scuderia Ferrari) - 153
5. Kimi Raykkonen (Scuderia Ferrari) - 148
Komanda birinciliyi
1. Mercedes AMG F1 - 538
2. Red Bull Racing - 316
3. Scuderia Ferrari - 301
4. Force İndia - 112
5. Williams - 111
Qeyd edək ki, növbəti mərhələ yarışları 1-2 oktyabr tarixlərində Malayziyanın Sepanq şəhərində keçiriləcək Malayziya Qran-Prisi olacaq.


