Parataekvondo milli komandamız Avropa çempionatına yollanır

ESTAFET/ Təlim-məşqləri bu gün başa vuran parataekvondo milli komandamız sabah Avropa çempionatına yollanır. Bolqaristanın Plovdiv şəhərində keçiriləcək sayca 7-ci olan qitə çempionatında ölkəmizi 5 idmançı təmsil edəcək.
10 iyun tarixində başlanacaq yarışda böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə milli komandanın üzvləri İmaməddin Xəlilov (K-44, -61 kq), Nicat Müslümov ( K-43 -75 kq), Əbülfəz Abuzərli (K-44 -75 kq), Vuqar Adışirinov (K-44 +75 kq) və Aynur Məmmədova (K-44 +58 kq) dayanq üzərinə çıxacaq.
Qeyd edək ki, Plovdiv şəhərinin "Kolodruma" idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur.
Millimiz 11 iyun tarixində vətənə dönəcək.
