Macarıstanla oyunun hakimləri bəlli oldu

ESTAFET/ İyunun 8-də, saat 19:00-da "Dalğa Arena"da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası növbəti beynəlxalq oyununu keçirəcək. Bu dəfəki yoldaşlıq görüşündə rəqib Macarıstan gəncləri olacaq.

 

Oyunun idarəsi İnqilab Məmmədova həvalə edilib. Onun köməkçiləri Knyaz Əmiraslanov və Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV