Heydər Əliyev Kubokunun püşkü atıldı

ESTAFET/ Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi Naxçıvan Kuboku keçiriləcək. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkilatçılıq edəcəyi yarışda 4 komanda qalib adı uğrunda mübarizə aparacaq.


Turnirin ötənilki qalibi MOİK eləcə də “Araz Naxçıvan, “Zaqatala” və “Şüvəlan” yarışda işirak edəcəklər. Açılış oyunu 13 iyunda reallaşacaq yarışa 15 iyun Qurtuluş günündə yekun vurulacaq. Turnir zamanı ən çox xal toplayan komanda kuboka və qızıl medullara sahib çıxacaq. Yekunda 2 və daha artıq komandanın xalları bərabər olarsa, turnirin reqlamentinə əsasən qalib müəyyən olunacaq.
Bu gün isə Şərur Olimpiya Kompleksində turnirin püşkatma mərasimi keçirilib. Püşkatmada Peşəkar Futbol Liqasının nümayəndələri ilə yanaşı klub rəsmiləri də iştirak ediblər.

 

Püşkatmaya əsasən, turnirin oyun cədvəlini təqdim edirik.

 

13 iyun

11:00 MOİK – “Şüvəlan”
Naxçıvan şəhər stadionu

 

17:30 “Zaqatala” – “Araz Naxçıvan”
Naxçıvan şəhər stadionu 

 

14 iyun

11:00 “Şüvəlan” – “Araz Naxçıvan”
Naxçıvan şəhər stadionu

 

17:30 MOİK – “Zaqatala”
Naxçıvan şəhər stadionu 

 

15 iyun

11:00 “Zaqatala” – “Şüvəlan”
Naxçıvan şəhər stadionu 

 

18:30 “Araz Naxçıvan” – MOİK
Naxçıvan şəhər stadionu

Müəllif: Orxan NOVRUZOV