Cüdo üzrə Azərbaycan birinciliyinə yekun vuruludu
ESTAFET/ Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.
Yarışın ikinci günü oğlanlar arasında 5 çəki dərəcəsində mükafatçılar məlum olub. Rüfət Məmmədov (73 kq), Samir Ağayev (81 kq), Azər Yaqubov (90 kq), Adil Kərimli (100 kq), Camal Feyziyev (+100 kq) qızıl medal qazanıb.
Ümumi medal sayında “Neftçi İdman Klubu” İB 11 medal (3 qızıl, 3 gümüş və 5 bürünc) qazanaraq birinci olub. “Atilla” klubu 4 medal (3 qızıl və 1) əldə edərək ikinci yeri tutub. 5 medala (1 qızıl, 2 gümüş və 2 bürünc) sahib olan “Judo Club 2012” isə ölkə birinciliyini üçüncü yerdə başa vurub.
Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplom və medalları verilib.
Qeyd edək ki, iki gün davam edən ölkə birinciliyində ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparırdı.
Oğlanlar
73 kq
1. Rüfət Məmmədov
2. Əli Nuriyev
3. Yaqub Cavadov
3. Cahid Heydərzadə
81 kq
1. Samir Ağayev
2. Emil Hüseynov
3. Paşa Əliyev
3. Naim Hüseynov
90 kq
1. Azər Yaqubov
2. Əkbər Quliyev
3. Coşqun Abdullayev
3. Aslan Mirzəyev
100 kq
1. Adil Kərimli
2. İmran Yusibov
3. Cəfər Əkbərli
3. Süleyman Yaqubov
+100 kq
1. Camal Feyziyev
2. Ayxan Cəfərov
3. Nicat Aslanov
3. Abdulla İsmayılov