Avropa Liqasının bütün cütlükləri

ESTAFET/ Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə 94 komanda 47 cütə bölünüb.

 

Bu cütlər arasında Azərbaycan klubları da yer alıblar. Təmsilçilərimizdən “Qəbələ” “Proqres”ə, “Neftçi” “Uypeşt”ə, “Keşlə” “Baltsan”a rəqib olub.


I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.

 

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

 

“Birkirkara” (Malta) / “Klaksvik” (Farer adaları) - “Jalgiris” (Litva)

“Qlenavon” (Şimali İrlandiya) - “Molde” (Norveç)

“Styarnan” (İslandiya) - “Nomme Kalyu” (Estoniya)

“Rudar” (Sloveniya) - “Tre Fiori” (San-Marino) / “Bala Taun” (Uels)

“İlves” (Finlandiya) - “Slaviya” (Bolqarıstan)

“Fola” (Lüksemburq) - “Avropa” (Cəbəllütariq) / “Priştina” (Kosovo)

“Proqres” (Lüksemburq) - “Qəbələ” (Azərbaycan)

“Streda” (Slovakiya) - “Dinamo” (Tiflis, Gürcüstan)

“Reyncers” (Şotlandiya) - “Şkupi” (Makedoniya)

“Stumbras” (Litva) - “Apollon” (Kipr)

“Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Domjale” (Sloveniya)

“Union” (Lüksemburq) - “Vitorul” (Rumıniya)

“Neftçi” (Azərbaycan) - “Uypeşt” (Macarıstan)

“Samtredia” (Gürcüstan) - “Tobol” (Qazaxıstan)

“Buduçnost” (Monteneqro) - “Trençin” (Slovakiya)

“Partizani” (Albaniya) - “Maribor” (Sloveniya)

“Zarya” (Baltsi, Moldova) - “Qurnik” (Polşa)

“Derri” (İrlandiya) - “Dinamo” (Minsk, Belarus)

“Spartak” (Serbiya) - “Kolreyn” (Şimali İrlandiya)

“B36 Torshavn” (Farer adaları) / “Sent-Jozef” (Cəbəllütariq) - “Mladost” (Monteneqro)

“Pünik” (Ermənistan) - “Vardar” (Makedoniya)

“Lahti” (Finlandiya) - “Hafnarfyordur” (İslandiya)

“Şemrok Rovers” (İrlandiya) - AİK (İsveç)

“Kliftonvill” (Şimali İrlandiya) - “Nordsyelland” (Danimarka)

“Ventspils” (Latviya) - “Luftetari” (Albaniya)

“Konnak” (Uels) - “Şaxtyor” (Belarus)

“Petrokub” (Moldova) - “Osiyek” (Xorvatiya)

“Ferensvaroş” (Macarıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)

“Banants” (Ermənistan) - “Sarayevo” (Bosniya və Herseqovina)

“Enqordan” (Albaniya) / “Folqor” (San-Marino) - “Kayrat” (Qazaxıstan)

“Anortosis” (Kipr) - “Laçi” (Albaniya)

“Milsami” (Moldova) - “Slovan” (Slovakiya)

MOİK (Bolqarıstan) - “Riqa” (Latviya)

“Honved” (Macarıstan) - “Rabotniçki” (Makedoniya)

“Baltsan” (Malta) - “Keşlə” (Azərbaycan)

“Lex” (Polşa) - “Qandzasar” (Ermənistan)

“Çixura” (Gürcüstan) - “Beytar” (İsrail)

“Kevn Druids” (Uels) / “Trakai” (Litva) - “İrtış” (Qazaxıstan)

“Jelezniçar” (Bosniya və Herseqovina) - “Trans” (Estoniya)

“Vaduts” (Lixtenşteyn) - “Levski” (Bolqarıstan)

“Radniçki” (Serbiya) - “UE Sent Julia” (Andorra) / “Qzira Yunayted” (Malta)

“Rudar” (Monteneqro) - “Partizan” (Serbiya)

“Levadiya” (Estoniya) - “Dandalk” (İrlandiya)

“Hibernian” (Şotlandiya) - “Runavik” (Farer adaları)

“Vestmannaeyar” (İslandiya) - “Sarpsborq” (İsveç)

“Liepaya” (Latviya) - “Haken” (İsveç)

“Kopenhagen” (Danimarka) - “KuPS” (Finlandiya) 

Müəllif: Natiq NƏSİROV