Çimərlik futbolu üzrə Avropa Liqası turnirinə yekun vuruldu

ESTAFET/ Bu gün Bakıda təşkil edilən çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League Baku 2018) turnirində III turun oyunları keçirilib. Turnirin son oyununda Azərbaycan milli komandası Portuqaliya yığması ilə qarşılaşıb. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Turnirin digər oyunlarının nəticələri aşağıdakı kimi olub: 
Ukrayna – Almaniya 4:3
Belarus – Fransa 3:2
İtaliya – İsveçrə 1:7


Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Portuqaliya millisindən Andrade Elinton turnirin ən yaxşı qapıçısı, Leonardo Santos isə ən yaxşı oyunçusu seçilib. Hərəyə 6 qol vuran İsveçrə millisinin üzvləri Dejan Stankoviç və Noel Ott turnirin ən məhsuldar oyunçuları olub. Müvafiq olaraq birinci və ikinci qrupun qalibi olan Portuqaliya və Ukrayna komandalarına kubok təqdim edilib.


Komandalara mükafatları Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, vitse-prezident Fərid Axundov, Dünya Çimərlik Futbolu Federasiyasının vitse-prezidentinin müavini Gabina Renales təqdim edib.

Müəllif: Natiq NƏSİROV