BƏDİİ GİMNASTİKA ÜZRƏ EYLAT QRAN PRİSİ
ESTAFET/ Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, 23-24 sentyabr tarixlərində İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Böyüklər proqramı üzrə bu ildən çıxış edən Jalə Piriyeva Azərbaycanı bu yarışda uğurla təmsil edərək, top və lentlə hərəkətlərdə finala vəsiqə qazanıb.
Finalda Jalə topla 5-ci, lentlə hərəkətlərdə isə 6-cı yerdə qərarlaşıb.
