Skandinavlar mayalılara qarşı

ESTAFET/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir. Bu gün daha 2 qrupda son turun oyunları keçiriləcək.
Əvvəlcə F qrupunun oyunları baş tutacaq. İtkisiz irəliləyən Meksikanı İsveçlə qarşılaşmada bərabərlik də qane edir. Ancaq avropalıları yalnız qələbə qane edir.
İsveçlə matçda son dəqiqə qolu sayəsində qələbə qazanan Almaniya qrupun autsayderi Cənubi Koreyanı sınağa çəkəcək.
E qrupunda İsveçrənin işi daha rahatdı. Autsayder Kosta-Rika ilə qarşılaşmada komandaya heç-heçə də kifayət edir.
Serbiya - Braziliya mübarizəsinə maraq daha böyükdü. “Sambaçılar”dan fərqli, serblər bu qarşılaşmada mütləq qalib gəlməlidilər.
Dünya çempionatı
III tur
27 iyun
E qrupu
Serbiya - Braziliya 0:2
Qollar: Poulinyo 36, Silva 68
Baş hakim: Alireza Faqani (İran)
Moskva. “Spartak” stadionu
İsveçrə - Kosta-Rika 2:2
Qollar: Cemaili 31, Drmiç 88 : Uaston 56, Sommer 90+3 (ö.q.)
Baş hakim: Klemen Turpin (Fransa)
Nijni Novqorod. Mərkəzi stadion
N | Komanda | O | Q | B | M | T-F | X |
1 | Braziliya | 3 | 2 | 1 | 0 | 5 - 1 | 7 |
2 | İsveçrə | 3 | 1 | 2 | 0 | 5 - 4 | 5 |
3 | Serbiya | 3 | 1 | 0 | 2 | 2 - 4 | 3 |
4 | Kosta-Rika | 3 | 0 | 1 | 2 | 2 - 5 | 1 |
F qrupu
Cənubi Koreya - Almaniya 2:0
Qollar: Kim Younq-Qvon 90+3, Son Heunq-Min 90+6
Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. “Kazan Arena”
Meksika - İsveç 0:3
Qollar: Auqustinsson 50, Qrankvist 62 (p.), Alvarez 74 (ö.q.)
Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. “Yekaterinburq Arena”
N | Komanda | O | Q | B | M | T-F | X |
1 | İsveç | 3 | 2 | 0 | 1 | 5 - 2 | 6 |
2 | Meksika | 3 | 2 | 0 | 1 | 3 - 4 | 6 |
3 | C.Koreya | 3 | 1 | 0 | 2 | 3 - 3 | 3 |
4 | Almaniya | 3 | 1 | 0 | 2 | 2 - 4 | 3 |
