"Neftçi"nin daha bir rəqibi müəyyənləşdi

ESTAFET/ "Neftçi”nin Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 2-də keçirəcəyi yoxlama oyunundakı rəqibi müəyyənləşib. "Ağ-qaralar" həmin gün Bosniya və Herseqovinanın "Çelik” klubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub etmiş "Neftçi”nin iyulun 5-dəki rəqibi "Politexnika” (Rumıniya) olacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV