Qanalı hücumçu "Neftçi"də

ESTAFET/ Transfer çalışmalarını davam etdirən "Neftçi” PFK daha bir keçidi rəsmiləşdirib. Qanalı futbolçu Kvame Karikari ilə 2 il müddətinə müqavilə imzalanıb. 26 yaşlı hücumçu komandamızın 11 nömrəli formasını geyinəcək.

 

Sonuncu klubu "Əl Ərəbi” (Qətər) olan Kvame Karikari Qananın "İnternational Ellies”, İsveçin AİK, "Deqerfors”, "Halmstad”, Türkiyənin "Balıkesirspor”, Norveçin "Hauqesund”, Ukraynanın "Stal”, Qətərin "Əl Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib.


Qeyd edək ki, "Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçilər - Rəşad Eyubov, Qoran Paratski, hücumçular - Dario Frederiko və Baqali Dabonun keçidini rəsmiləşdirmişdi. 

Müəllif: Orxan NOVRUZOV