DAĞ VƏ YA DAĞÇILIQ XƏSTƏLİYİ

Dəniz səviyyəsindən 2400 m. və daha yuxarı hündürlüklərdə yaranan xəstəlikdir. Bu vəziyyətin göstəriciləri baş ağrısı, ürək bulanması və nəfəs çatışmazlığıdır. Əksər hallarda Dağ xəstəliyinin vəziyyəti yüngüldür və tez sağalır. Yaınız bəzi hallarda Dağ xəstəliyi şiddətli hala gələ bilər və bəzi xoşagəlməz nəticələr yarada bilər.

Yüksəkliyə qalxdıqca hava və oksigen təzyiqi azalır. Yüksəkliyə tez bir zamanda qalxdığınızda və ya endiyinizdə orqanizminiz yaranan kəskin təzyiq fərqinə adaptasiya olmaya bilər və Dağ xəstəliyinə tutula bilərsiniz. Bu hallarda əsas rolu özünüzü yormaq səviyyəniz rol oynaya bilər. Məsələn bir dağa tez bir zamanda çıxmaq üçün lazım olandan artıq güc sərf etmək Dağ xəstliyinə səbəb olabilər.

Dağ xəstəliyinin əlamətləri əsasən yüksək hündürlüklərə çıxdıqdan bir neçə saat sonra inkişaf edər və vəziyyətin kəskinliyinə görə dəyişər. Aşağıdakı hallarla rastlaşmısınızsa bu yüngül Dağ xəstəliyi əlamətləri ilə üz-üzəsiniz deməkdir:

-Baş firlanması
-Baş ağrısı
-Əzələ ağrıları
-yuxusuzluq
-ürək bulanması və qusma
-İşdahanın itməsi
-Ətraflarda və üzdə şişkinlik
-Ürək döyüntülərinin artması

Şiddətli Dağ xəstəliyi əlamətləri arasında bunlar ola bilər:

-Öskürək
-Nəfəsalmanın çətinləşməsi
-Dərinin rənginin avazıması
-Tarazlığın itirilməsi

Belə hallarla rastlaşmısınızsa, ən tez zamanda yaxınlıqdakı tibb nümayəndəsinə və ya səlahiyyətli şəxsldən kömək istəyin. Bu vəziyyətə tez bir zamanda müdaxilə olunarsa çox daha asan müalicə oluna bilər.

 

Emin Məlikov