Jaləyə bürünc üçün bir addım yetmədi

ESTAFET/ Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Dördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıb. Yığmamız 2 çəkidə idmançı ilə təmsil olunub.

 

61 kq-da mübarizə aparan Jalə Əliyeva bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Hindistan idmançısına uduzan Jalə çempionatı 5-ci sırada tamamlayıb.

 

46 kq
Təsəlliverici görüş: Xiaomin Xie (CHN) - Ayşən Yusifova 10:0
1/4 final: Ayşən Yusifova - Sakura Motoki (JPN) 2:12
1/8 final: Ayşən Yusifova - Georgia Kazantzidou (GRE) 2:0

 

61 kq
Bürünc medal görüşü: Jalə Əliyeva - Anşu Anşu (İND) 0:10
Təsəlliverici görüş: Anastasiya Grançak (KAZ) - Jalə Əliyeva 2:3
1/4 final: Jalə Əliyeva - Qin Zhao (CHN) 0:11
1/8 final: Jalə Əliyeva - Sezim Jumanazarova (KGZ) 12:5 

Müəllif: Bəhruz MƏMMƏDOV