Cüdo yığmamızın rəqibi müəyyənləşdi
ESTAFET/ Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək qarışıq komandalar arasında Avropa çempionatının püşkatması baş tutub. Tədbirdə Azərbaycan millisinin də rəqibi müəyyənləşib.
Yarışa 1/16 finaldan başlayacaq yığmamız Polşa ilə görüşəcək. Bu cütün qalibi növbəti raundda Hollandiya ilə qarşılaşacaq.
21 komandanın qatıldığı və sabah baş tutacaq yarışda 10 yığma 1/16, 11-i isə 1/8 finaldan mübarizəyə qoşulacaq. Hər komandada 3 kişi və 3 qadın cüdoçudan ibarət olacaq.