"Qarabağ" növbəti mərhələdə: ÇL - I təsnifat mərhələsi
ESTAFET/ Bu gün “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində cavab görüşünə çıxıb. Ağdamlılar Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşırdı.
Səfərdə 1:0 hesablı qələbə qazanan Azərbaycan çempionu doğma divarlar arasında mərhələni keçmək vəzifəsini qolsuz bərabərliklə yerinə yetirib.
UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü
I təsnifat mərhələsi (cavab oyunu)
18 iyul 2018
“Qarabağ” (Ağdam, Azərbaycan) - “Olimpiya” (Lyublyana, Sloveniya) 0:0
Baş hakim: Erez Papir
Yan xətt hakimləri: David Elias Bitton, Eliyahu Casapu
Ehtiyat hakim: David Fuxman (hamısı İsrail)
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)
İlk oyun: 1:0