"Qarabağ" - "Kukesi" oyunlarının keçiriləcəyi vaxt açıqlandı
ESTAFET/ “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə keçirəcəyi oyunların təqvimi açıqlanıb. UEFA-nın rəsmi saytının məlumatına görə, ilk görüş Albaniyada olacaq.
Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionundakə ilk qarşılaşma iyulun 25-də baş tutacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək cavab qarşılaşması isə avqustun 1-də keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək.